15 
İyl
2019
20:02
29
256
4707
Virtual karabakh

Ağdamda VAZ-la LADA toqquşdu - Yaralılar var

15 İyl, 2019
20:02
4707

Ağdamda VAZ-la LADA toqquşdu - Yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Qəza zamanı “VAZ 2106” markalı avtomobillə “LADA Priora” markalı minik maşını toqquşub. Nəticədə “VAZ 2106”nın sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Fəzail Səfərov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri