18 
İyl
2019
10:27
20
149
11238
Virtual karabakh

Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı

18 İyl, 2019
10:27
11238

Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaşda ötən gün aşkar edilən qanunsuz limonad sexində istehsal edilən içkilərin adları açıqlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, natrium benzoat (E211) konservantından, müxtəlif qatqılardan (rəngləyici, dad və aromat gücləndiriciləri) istifadə olunmasına baxmayaraq, içkilərin etiketində bu barədə heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik (pet) butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilən sexdə istehsal olunan limonadların adları məlum olub.

Sözügedən içkilər “Bünaytur”, “Tala”, “Lavizna” əmtəə nişanlı qazlaşdırılmış alkoqolsuz limonadlardır.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri