18 
İyl
2019
12:32
18
268
2853
Virtual karabakh

Azərbaycana qaçqın statusu üçün müraciətlərin sayı artıb

18 İyl, 2019
12:32
2853

Azərbaycana qaçqın statusu üçün müraciətlərin sayı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci yarısında Azərbaycana daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 6 faiz artıb.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin ilin altı ayının yekununa həsr olunan mətbuat konfransında qurumun rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, ölkədə müvəqqəti yaşayanlarda 0,4 faiz, iş icazəsi alanların sayında isə 14 faiz artım müşahidə olunur. Bundan başqa, qaçqın statusu üçün müraciətlər 53 faiz artıb:

“Eyni zamanda, altı ay ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 34 faiz azalma var. Ötən yarım il ərzində vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri