18 
İyl
2019
15:18
240
56
3362
Virtual karabakh

Qanunsuz ət kəsimi qurğuları söküldü - FOTO

18 İyl, 2019
15:18
3362

Qanunsuz ət kəsimi qurğuları söküldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl, Abşeron, Xırdalan və Zərdabda qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar reyd keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, reydlər baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədi daşıyıb.

Reydlərdə AQTA əməkdaşları ilə yanaşı, yerli icra hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri