19 
İyl
2019
10:51
24
396
6712
Virtual karabakh

Pirşağıda dənizdə batan gəncin meyiti tapılıb - YENİLƏNİB

19 İyl, 2019
10:51
6712

Pirşağıda dənizdə batan gəncin meyiti tapılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Pirşağı çimərliyində dənizdə bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildirilib ki, batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölən şəxsin kimliyinə gəlincə, bu, Abşeron rayonu, Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.

Bundan əvvəl iki nəfərin həmin ərazidə dənizdə batması barədə məlumat yayılmışdı.

05:26

Bakının Pirşağı qəsəbəsində iki nəfər dənizdə batıb.

Report-un məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən səkkiz nəfərdən altısı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda onların axtarışı davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri