19 
İyl
2019
12:34
52
76
1996
Virtual karabakh

Metroda xəttə ehtiyat qatarlar buraxıla bilər

19 İyl, 2019
12:34
1996

Metroda xəttə ehtiyat qatarlar buraxıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda xəttə ehtiyat qatarlar buraxıla bilər.

“Bakı Metropoliteni” QSC-dən Oxu.Az-a verilən məlumata görə, iyulun 20-dən 28-dək paytaxtımızda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə metropoliten stansiyaları və elektrik deposu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək.

Qeyd olunub ki, əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən, zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması da nəzərdə tutulub.

Bundan başqa, yarışların sıx keçiriləcəyi məkanlara yaxın, şəhərin mərkəzi hissəsində yerləşən, həmçinin əsas sərnişin axını gözlənilən stansiyalarda növbətçilik cədvəlləri tərtib olunmaqla əlavə işçi personalın ayrılması planlaşdırılıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri