19 
İyl
2019
15:11
18
285
4496
Virtual karabakh

Ögey oğlunu döyüb öldürən ata hökmdən narazı qaldı

19 İyl, 2019
15:11
4496

Ögey oğlunu döyüb öldürən ata hökmdən narazı qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Ağır Cinayətlər Məhkəməsində əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, hadisə 2018-ci ilin iyul ayının əvvəlində Kürdəmir rayonu, Muradxan kəndi ərazisində baş verib. Həmin kənddə yerləşən fermada A.Abdullayevlə ər-arvad münasibətində yaşadığı S.Yaqubovanın oğlu, 2013-cü il təvəllüdlü Murad Yaqubov kibritlə ot tayasını yandırmaq istəyib. 

Buna əsəbiləşən A.Abdullayev ögey oğlunun sinəsinə şillə və yumruqla bir neçə dəfə zərbə vurub. Daha sonra A.Abdullayev M.Yaqubovun dəcəllik etdiyini əsas gətirərək, onu bir neçə dəfə döyüb və azyaşlıya anasının gözü önündə əzab verib. İyulun 21-də isə M.Yaqubov aldığı xəsarətlər nəticəsində həmin fermada ölüb.

A.Abdullayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və barəsində əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri