20 
İyl
2019
17:49
420
51
8232
Virtual karabakh

Bakıda “avtoşluq” edən sürücü həbs olundu - VİDEO

20 İyl, 2019
17:49
8232

Bakıda “avtoşluq” edən sürücü həbs olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron rayon sakini Bayramov Feyzi Salman oğlu idarə etdiyi 90 UF 314 dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillə rayon ərazisində avtoxuliqanlıq etdiyi üçün o, saxlanılaraq barəsində Polis Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarına əsasən Feyzi Bayramov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq) və 342.2.3-cü (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə) maddələrinə əsasən 20 gün müddətinə inzibati həbs edilib və bir il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub.

Qeyd edək ki, Feyzi Bayramov şəhər ərazisində mütəmadi olaraq avtoxuliqanlıq edərək etdiyi hərəkətləri videogörüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri