21 
İyl
2019
15:54
208
22
2494
Virtual karabakh

Uşaq alverində günahlandırılan ukraynalı qadın Azərbaycanda saxlanılıb

Uşaq alverində günahlandırılan 36 yaşlı Ukrayna vətəndaşı Yuliya Suslyak Azərbaycanda saxlanılıb.

TASS xəbər verir ki, iyulun 19-da Tbilisi şəhər məhkəməsinin qərarı ilə azadlığa buraxılan Y.Suslyaka Gürcüstan ərazisinə keçməyə icazə verilməyib.

Onun təkrar saxlanması barədə məlumatı vəkili Zurab Todua bu gün səhər saatlarında açıqlayıb. O, təsdiq edib ki, Ukrayna vətəndaşı Bakıdan Tbilisiyə qayıdarkən qatarda tutulub.

Qeyd edək ki, Y.Suslyak ilk dəfə gürcü polislər tərəfindən apreldə saxlanılıb. O, Ukraynadan Rusiya vasitəsilə Gürcüstana gələrkən sərhədi keçən zaman yanında olan 10 uşağın hamısının anası olduğunu deməklə polislərdə şübhə yaradıb. Belə ki, uşaqlardan dördünün sənədində doğum tarixi 2017-ci il, üçünün isə 2018-ci il göstərilib. Polislər onun uşaqları satmaq üçün Abxaziyaya aparmasından şübhələniblər.

Lakin iyunda ekspertiza təsdiq edib ki, Y.Suslyak və əri həqiqətən də uşaqların bioloji valideynləridir. Onlardan bir neçəsi süni mayalanma nəticəsində anadan olub. Belə olan halda Gürcüstan Baş Prokurorluğu Daxili İşlər Nazirliyi ilə birgə Y.Suslyakın uşaqlarının Ukrayna tərəfinə verilməsi haqqında qərar qəbul edib.

Bu müddət ərzində isə Y.Suslyak Gürcüstanda həbsxanada olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri