21 
İyl
2019
20:23
19
446
15244
Virtual karabakh

Başqasını xilas etmək istəyərkən boğulan şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB+FOTO

21 İyl, 2019
20:23
15244

Başqasını xilas etmək istəyərkən boğulan şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB+FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qızıl Qum çimərliyində boğulan şəxsin kimliyi bəlli olub.

Oxu.Az xəbər verir ki, sözügedən gənc Tovuz rayon sakini 2000-ci il təvəllüdlü Fərman İsaqovdur.

O, Azərbaycan Texnologiya Universitetinin üçüncü kurs tələbəsi olub.

 

 

19:35

Qızıl Qum çimərliyində bir nəfər dənizdə boğulub.

Oxu.Az-ın məlumatına görə, hadisə Qızıl Qum Sularda Xilasetmə Məntəqəsindən 700 metr kənarda qeyri-çimərlik ərazisində baş verib.

Ərazidə yerləşən obyektlərin birində ofisiant işləyən Tovuz sakini gənc oğlan dənizdə 5-6 nəfər boğulduğunu görüb və onları xilas etmək üçün dənizə daxil olub.

Xilasedicilər əraziyə gələn zaman həmin şəxslər xilas olunub, lakin gənc oğlan batıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu ərazidə axtarışlara cəlb olunub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri