22 
İyl
2019
10:22
25
106
3513
Virtual karabakh

Xırdalan sakini Astara polisini aldatmağa çalışdı

22 İyl, 2019
10:22
3513

Xırdalan sakini Astara polisini aldatmağa çalışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xırdalan sakini Astara polisini aldatmağa çalışıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Abşeron rayonu Xırdalan şəhərində qeydiyyatda olan, Astara şəhərində yaşayan K.Qənbərova Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Mərkəzi Poçtun yaxınlığında tanımadığı şəxsin onun əlindən “Samsung” markalı mobil telefonunu alaraq qaçdığını bildirib.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, K.Qənbərovanın mobil telefonunu qeyri-rəsmi nikahda yaşadığı İqrar Əliyev qısqandığı üçün könüllü şəkildə ondan alıb, lakin sonra geri qaytarmayıb.

Bununla da K.Qənbərovanın şikayət ərizəsində soyğunçuluq cinayəti barədə yalan məlumat verdiyi müəyyən edilib. İstintaq zamanı “Samsung” markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri