22 
İyl
2019
11:32
13
191
2873
Virtual karabakh

“Gülazar” limonadlarının istehsal olunduğu sexdə iyrənc mənzərə - FOTO

22 İyl, 2019
11:32
2873

“Gülazar” limonadlarının istehsal olunduğu sexdə iyrənc mənzərə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb.

Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. 

Agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib. Baxış zamanı fiziki şəxs Mustafayev Mübariz Müşfiq oğluna məxsus sexdə texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

“Gülazar” əmtəə nişanlı limonad istehsal olunan sexdə istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin, istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.

Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri