22 
İyl
2019
11:45
16
78
1919
Virtual karabakh

“Maxi.az” şirkətində bir gün: Jurnalistlər necə satıcı oldular? - FOTO

22 İyl, 2019
11:45
1919

“Maxi.az” şirkətində bir gün: Jurnalistlər necə satıcı oldular? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hansısa məhsul, ya da hədiyyə seçərkən çətinlik çəkəndə çox vaxt mağazada satıcı-məsləhətçi köməyimizə gəlir. Qısa vaxtda istədiyimiz keyfiyyətdə və büdcəmizə uyğun məhsulu satıcı bizə təqdim edə bilirsə, deməli, doğru ünvandayıq. Çünki ən uyğun məhsulu almaq üçün satıcının lazımi köməyi və peşəkarlığı çox önəmlidir. 

22 iyul - Milli Mətbuat Günü ərəfəsində “Maxi.az” şirkətinin jurnalistlər üçün təşkil etdiyi mediaturda şirkətin fəaliyyəti, ən əsası, satış prosesi və satıcı məsləhətçilərinə, müştəri məmnuniyyətinə necə peşəkarlıqla və diqqətlə yanaşmasının şahidi olduq, həm də bir günlük də olsa, özümüzü satıcı qismində sınadıq.

Sən demə, kənardan asan görünən satıcı-məsləhətçi peşəsi o qədər də asan deyilmiş. Uğurlu və peşəkar satıcı-məsləhətçi olmağın sirləri var: bu sirlər “Maxi.az”da  şəxsi karyerada irəliləməklə yanaşı, həm də şirkətin fəaliyyətinin inkişafına müsbət təsir edir.

Əvvəlcə media təmsilçiləri olaraq, şirkətin baş ofisinə yollandıq, şirkətin iş prinsipi, kollektivin fəaliyyəti ilə tanış olduq. Bizi qəbul edən “Integral” şirkətinin rəhbəri İlkin Qasımov şirkətin məqsəd və yaranma tarixçəsindən danışdı.

Bildirdi ki, 20 ildən çoxdur ki, şirkət bazarda fəaliyyət göstərir və indi onun pərakəndə satış mağazalar şəbəkəsi “Maxi.az” məişət texnikası və elektronika malları ilə müştərilərin xidmətindədir: 

“Müştərilər mağazalarımızdan istədiyi məhsulu almaqla yanaşı, onu saytımız vasitəsilə də onlayn sifariş verə bilir. Saytımızda məhsulların qiyməti ilə yanaşı, onların əsas göstəriciləri ilə ətraflı tanış olmaq mümkündür. Müştəri məhsulu seçdikdən sonra  operativ olaraq, avtomatik müqavilə və digər prosedurlar onlayn olaraq həyata keçirilir.

Şirkətimiz onlayn seçilmiş məhsulu müştəriyə çatdırır. Mağazalarımız Bakının müxtəlif yerləri ilə yanaşı, Sumqayıt və Gəncədə də fəaliyyət göstərir. Çalışırıq ki, qiymətləri tənzimləyək ki, müştərilər məmnuun qalsınlar”.

Çağrı mərkəzində

“Alo, “Maxi.az” şirkəti, buyurun, eşidirik sizi”. Şirkətin ən önəmli və qaynar iş rejimində çalışan bölmələrindən biri Çağrı mərkəzidir. Elə otağa daxil olarkən əməkdaşlar həmişəki kimi iş başında idilər. Müştəriləri maraqlandıran sualları məhz Çağrı mərkəzinin gülərüz, səbirli və operativ əməkdaşları cavablandırır. Heyət gün ərzində həm onlayn, həm də telefon vasitəsilə gələn zənglərə cavab verir, müştəriləri maraqlandıran mövzulara aydınlıq gətirirlər.

Çağrı mərkəzinin meneceri Kəmalə Əliyeva deyir ki, onların işi həm maraqlı, həm də məsuliyyətlidir. Gün ərzində telefon zəngləri və onlayn müraciətlər əsasında müştərilərin təklif və istəklərini dinləmək, şikayətlərini qeyd edib araşdırmaq olduqca vacibdir, odur ki, hər birimiz çalışırıq ki, müştəri məmnuniyyəti hər zaman öndə olsun:

“Mərkəzimizdə səkkiz əməkdaşımız eyni vaxtda həm onlayn rejimdə, həm də telefon zəngləri vasitəsilə müştəriləri dinləyirlər. İstək və şikayətlərdən asılı olaraq, onlara cavab verilir, şirkətin məhsulları, eləcə də, şərtləri barədə ətraflı məlumat verilir.

Çalışırıq ki, gün ərzində operativ olaraq, onların istək və şikayətlərini həll edək. Əgər müraciətin araşdırılıb həll edilməsi növbəti günə qalırsa, biz  gün sonunda mütləq bu barədə müştəriyə zəng edib məlumat veririk. Müraciətlərin məzmunu daha çox məhsullar, eləcə də kredit şərtləri barədə olur”.

Menecer Kəmalə Əliyevanın sözlərinə görə, müştərilərlə ünsiyyətdə bəzən yumoristik hallarla da qarşılaşırlar ki, bu zaman da əməkdaşlar səbr və təmkinlə məsələni izah edirlər; çalışırlar ki, hər bir müştəri onlardan razı qalsın:

“Bir dəfə yaşlı bir kişi zəng edib demişdi ki, bizim mağazadan telefon alıb, ona hər gün Braziliyadan məşhur ulduz Şakira zəng edir, bu isə ailəsində ona problem yaradır. Çox güman ki, nömrəsi “Zəngimcell” proqramına qoşulubmuş. O da bizə zəng etmişdi.

Bu zəngi hələ də xatırlayırıq... Bir müştərimiz də zəng edib şikayət edirdi ki, mən sizdən aldığım telefonda öz sevimli serialıma baxa bilmirəm. İzah etdik ki, sizin aldığınız telefonun funksiyası buna imkan vermir. Bu cür maraqlı zənglər olur. Əsas şüarımız müştəri məmnuniyyətidir”.

Gün ərzində mərkəz onlayn 500-600 müraciət, təxmini 30-50 rəy qeydə alır, telefon zəngləri xüsusi proqram vasitəsilə qəbul edilərək yazılır ki, bu da onlara yüksək xidmət etməyə imkan verir.

Xərclə, bonusun olsun, bonusun qazancın olsun

Şirkət fəaliyyət göstərdiyi dövrdən daim müştərilərini öz aksiya və yenilikləri ilə sevindirir. “Bonus Plus” kartı, müştəri loyallığı  meneceri Asif Qurbanov şirkətin istifadəyə verdiyi “Bonus Plus” mobil əlavəsi barədə danışdı. Bildirdi ki, bu, əlavə müştərilərə şirkətə daxil olan obyektlərdə alış-veriş edərkən bonuslar qazanmağa imkan verir ki, müştəri növbəti dəfə istədiyi vaxt həmin bonuslarla ödəniş edə bilər:

“Hazırda 200 min nəfərdən çox  müştərimiz var ki, onlardan 30 faizindən çoxu fəal müştərilərimizdir. Əvvəllər bonus kartı olsa da, 2017-ci ildə “Bonus Plus” mobil əlavəsini istifadəyə verdik.

Müştərilər elə olurdu ki, kartı ya itirir, ya da unudurdu. Odur ki, mobil əlavə bu məsələni həll etmiş oldu. Hazırda müştərilərimiz əlavədən rahatlıqla istifadə edə bilirlər. Mobil əlavəyə maraq böyükdür, hazırda əlavənin 50 mindən çox istifadəçisi var, bu say getdikcə artır”. 

Şirkətin fəaliyyəti ilə tanış olduqca, öyrənirik ki, burada təkcə müştəri məmnuniyyəti deyil, əməkdaşların peşəkar şəkildə formalaşması və bilik və təcrübələrini artırmasına da diqqət ayrılır. Şirkətin İnsan Resursları (HR)  bölməsinin rəsmisi İlqar Babazadə deyir ki, Azərbaycan bazarında öz yeri olan “Maxi.az” şirkəti gənclərə təkcə iş yeri kimi deyil, həm də burada daha da təkmilləşib müəyyən istiqamət üzrə peşəkar mütəxəssis olmaq imkanı verir:

“Bizdə fəaliyyət göstərən Keyfiyyət Akademiyası böyük resurslara malikdir və  əməkdaşlarımızın təkmilləşməsi və daim biliklərini artırması üçün mühüm tədris mərkəzidir. Məqsədimiz təkcə satıcı yox, müştərilərin tələblərinə cavab verə bilən peşəkar, bilikli, yeniliklərə açıq olan satıcı-məsləhətçilər, mütəxəsisslər hazırlamaqdır”.

Şirkətin baş ofisinin daxili strukturu və iş xüsusiyyətləri barədə tanış olduqdan sonra Keyfiyyət Akademiyasına yollanırıq. Təmiz və səliqəli otaqlardan ibarət Akademiyada əməkdaşların treninqlər keçir, öz bilik və təcrübələrini artırırlar.

Media nümayəndələrini Keyfiyyət Akademiyasının fəaliyyəti ilə tanış edən şirkət əməkdaş, trener Nuranə Əliyeva bildirdi ki, burada keçirilən treninq və məşğələlər əməkdaşların işində çox kömək olur:

“Burada hər bir otaqda şirkətimizə daxil olan mağaza və digər obyektlərin maketləri nümayiş olunur ki, əməkdaşlarımız burada onlarla əyani tanış ola bilsinlər. Yaxşı satıcı məsləhətçi olmaq üçün bir sıra cəhətləri nəzərə almaq lazımdır. Odur ki, əməkdaşlarımız mütəmadi treninqlər keçirlər”.

Media əməkdaşları olaraq, biz də satıcı məsləhətçi kimi özümüzü sınamaq istədik. Odur ki, əvvəlcə Nuranə xanım Əliyeva bizə treninq keçərək praktiki şəkildə bu işin özəlliklərindən, ən əsası, müştərilərlə necə davranmaq, uğurlu müştəri-satıcı münasibətləri barədə məlumat verdi. 

Jurnalistlər “Maxi.az” mağazasında

Ən həyəcanlı an başladı. Artıq hər birimizin əynində “Maxi.az” şirkətinin xüsusi geyimləri var idi. “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Maxi.az”ın ən böyük mağazalarından birinə yollandıq. Şirkətin gülərüz simalarını görüb az da olsa, həyəcanımızı unuduruq. 

Etiraf edək ki, gün ərzində mağazaya daxil olan hər bir müştəriyə diqqət göstərmək, uğurlu satış həyata keçirməyin öz məsuliyyəti və çətinliyi var. Lakin bununla belə, bir neçə saatlıq da olsa, satıcı-məsləhətçi qismində  müştərilərlə ünsiyyət “Maxi.az” şirkətinin özünəməxsus prinsipləri, iş fəaliyyəti ilə tanış olmağa imkan verdi.

Bu mediatur göstərdi ki,  şirkətin əməkdaşlarına verdiyi yüksək dəyər, onların daim yeniliklərə açıq olması onun öz müştərilərinə göstərdiyi diqqətdən irəli gəlir. Çünki peşəkar mütəxəssis müştəri məmnuniyyəti deməkdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri