22 
İyl
2019
12:50
124
125
3665
Virtual karabakh

Yük maşınlarına məhdudiyyət qoyulur

22 İyl, 2019
12:50
3665

Yük maşınlarına məhdudiyyət qoyulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar iyulun 28-dək tədbirlərin keçirildiyi ərazi üzrə küçə və prospektlərdə yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. 

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.

“Beynəlxalq tədbirin keçirildiyi ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və Bakı şəhərində süni sıxlığın yaranmaması məqsədilə yük maşınlarının sürücülərinə, sahiblərinə və daşıyıcılara tövsiyə edilir ki, müvəqqəti olaraq, yəni iyulun 28-dək şəhərin mərkəzi istiqamətində yük maşınlarından istifadə edilməsin.

Belə ki, Xırdalan dairəsi Beynəlxalq Avtovağzal Kompleksi yanından, Lökbatan dairəsindən yük maşınlarının şəhərin mərkəzinə doğru hərəkətinə məhdudiyyət tətbiq edilir və istiqamət dəyişdirilir”, - deyə qurum rəsmisi qeyd edib .

Vaqif Əsədov yük maşınlarının sürücülərinə, sahiblərinə və daşıyıcılarına mövcud vəziyyəti nəzərə alıb alternativ variantlar üzrə hərəkət etmələrini tövsiyə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri