22 
İyl
2019
14:53
43
192
8654
Virtual karabakh

9990 manat ilkin ödənişlə Bakıxanovda mənzil sahibi olun - FOTO/VİDEO

22 İyl, 2019
14:53
8654

9990 manat ilkin ödənişlə Bakıxanovda mənzil sahibi olun - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlu layihələri ilə tanınmış Bakıxanov Rezidens Komplekslər Qrupu indi də Bakıxanov qəsəbəsində tam fərqli bir müasir yaşayış kompleksini inşa edir.

On binadan ibarət olan “Brillians Rezidens 2” yaşayış kompleksində 1, 2, 3 və 4 otaqlı 588 mənzilin inşası nəzərdə tutulub. Dördbucaq formasında düzüləcək binaların ortasında 5000 m2 sahəyə malik həyətdə sakinlər üçün uşaq əyləncə guşəsi, skamyalar və çardaqlar olan fərdi parkın salınması planlaşdırılıb.

Bunlarla yanaşı, burada ad günü, nişan və digər tədbirlərinin keçirilməsi üçün 70-100 nəfərlik zal gələcək sakinlərin ixtiyarına veriləcək. Kompleksin ərazisində futbol meydançası və 200 kvadrat metr sahəyə malik idman-sağlamlıq mərkəzi layihələndirilib. Birinci mərtəbələrdə ticarət və iaşə obyektlərinin yerləşəcəyi nəzərdə tutulub.

Şirkətin digər layihələrində olduğu kimi, yeni layihədə də videomüşahidə vasitəsilə 24 saatlıq mühafizə təşkil olunacaq. Fərdi su anbarı sayəsində sakinlər daimi su təchizatından yararlana biləcəklər. Liftlərin daim işləməsi, onlara mütəmadi olaraq texniki xidmət göstərilməsi, ərazinin, blokların və pilləkən qəfəsələrinin təmizliyi və işıqlandırılması da kompleks təhvil verildikdən sonra şirkət tərəfindən təmin olunacaq.

“Brillians Rezidens 2” layihəsinin digər özəlliyi – münasib qiymətləridir. İndi bu kompleksdə bir otaqlı mənzilə sahib olmaq üçün 9990 manat ilkin ödəniş etmək kifayətdir. Mənzilin dəyərinin qalan hissəsini 40 ay ərzində daxili kreditlə ödəmək mümkündür. Bir otaqlı mənzillərin sahəsi 39-51 kvadrat metr arası dəyişir. Müvafiq olaraq, aylıq ödənişin məbləği 802-1118 manat təşkil təşkil edir.

Şirkət barədə məlumat

Bakıxanov Rezidens Komplekslər Qrupu – özünü daşınmaz əmlak bazarında müsbət tərəfdən tanıtmış, müvəffəqiyyətlə inkişaf edən tikinti şirkətidir. Əsas prinsipi – yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə, ən son texnologiyalar və materiallar vasitəsilə müasir və keyfiyyətli evlər tikməkdir.

Şirkət, davamlı inkişafını bütün fəaliyyət sahələrinin inkişafı, qurulmuş dəqiq strategiyaya riayət etməklə tikinti işlərinin həcminin artması və əlaqələrin genişləndirilməsi sayəsində yeni mövqelərə yüksəlməkdə görür.

Bakıxanov Rezidens Komplekslər Qrupu

Ünvan: Bakıxanov qəsəbəsi, S. Mehmandarov küç., 19/2

Tel.: *9211, (050/055/070) 292 11 11

www.rezidens.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri