22 
İyl
2019
17:56
91
64
5913
Virtual karabakh

“VAZ”lara siqaret, idman qidaları doldurub gömrükdən keçirmək istədilər - FOTO

22 İyl, 2019
17:56
5913

“VAZ”lara siqaret, idman qidaları doldurub gömrükdən keçirmək istədilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana külli miqdarda siqaret, spirtli içkilər keçirilməsinə cəhd edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına əsasən, iki fakt üzrə müxtəlif markalı siqaretlərin, spirtli içkilərin və idman qidalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi “VAZ 2106” markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 1200 ədəd “Marlboro”, 3400 ədəd “King” markalı siqaretlər, hər biri 0,5 litr olmaqla 6 ədəd “Jameson” markalı spirtli içkilər və üzərində “Mega Max” yazısı olan 32 ədəd idman qidaları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri