23 
İyl
2019
01:40
19
171
8133
Virtual karabakh

Yeddi maşının toqquşduğu qəzada yaralananlardan üçünün kimliyi bəlli oldu - YENİLƏNİB + VİDEO

23 İyl, 2019
01:40
8133

Yeddi maşının toqquşduğu qəzada yaralananlardan üçünün kimliyi bəlli oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonundakı dəhşətli qəzada yaralananlardan üçünün adı bəlli olub.

Oxu.Az xəbər verir ki, qəzada BMW markalı minik maşınında xəsarət alan bir ailənin üç üzvünün kimliyi bilinib.

BMW-nin sürücüsü 54 yaşlı Əhmədov Şirxan İlyas oğlu qol və baş nahiyəsindən, onun həyat yoldaşı, 54 yaşlı Quliyeva Reyhan Gəray qızı və onların övladı 24 yaşlı İlyaszadə Mirvari Şirxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, tuneldən çıxan yük maşını yüksək sürətlə hərəkətdə olub.

 

01:22

Nərimanov rayonunda 7 maşın toqquşub, 5 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan “Schacman” markalı yük maşını 2 ədəd “Mercedes”, “Volkswagen”, “Ravon”, “NAZ Lifan” və BMW markalı maşınlara çırpılıb.

Hadisə nəticəsində bir ailənin 3 üzvü, “Volkswagen”də olan 2 xanım xəsarət alıb.

İlkin ehtimala görə, hadisə “Schacman” markalı yük maşınının yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.

Qəzadan sonra ərazidə ciddi tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri