23 
İyl
2019
02:56
16
166
4244
Virtual karabakh

Bakıda daha bir zəncirvari qəza - FOTO/VİDEO

23 İyl, 2019
02:56
4244

Bakıda daha bir zəncirvari qəza - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində olub.

İbakov Maqamed Sultan oğlunun idarə etdiyi “DAF” markalı ağır tonajlı yük maşını, Fəxrəddin Əliyevin idarə etdiyi “VAZ 2107” markalı minik maşını, “Hundai” və “Opel” markalı minik maşınlarının toqquşması nəticəsində zəncirvari qəza qeydə alınıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə DYP əməkdaşları cəlb olubub. Qəzadan sonra yolda tıxac yarandığından DYP əməkdaşları tıxacın qarşısının alınması istiqamətində tədbirlər görüblər.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri