23 
İyl
2019
16:07
148
21
3208
Virtual karabakh

Məktəblilərdən dünya olimpiadalarında yeni uğurlar

23 İyl, 2019
16:07
3208

Məktəblilərdən dünya olimpiadalarında yeni uğurlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadalarda uğurlar qazanmağa davam edirlər.

Təhsil Nazirliyinin məlumatına əsasən, 7-14 iyul tarixlərində İsrailin Təl-Əviv şəhərində keçirilən 50-ci Beynəlxalq fizika olimpiadasında Cəlilabad şəhəri 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.

Qeyd edək ki, yarışda 80 ölkədən təxminən 400 şagird iştirak edib.

Bundan başqa, 11-22 iyul tarixlərində Böyük Britaniyanın Bat şəhərində keçirilən 60-cı Beynəlxalq riyaziyyat olimpiadasında da (IMO-2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər.

110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin X sinif şagirdi Murad Ağazadə, “Dünya” məktəbinin XI sinif şagirdi Anar Rzayev üç bürünc medal qazanıblar.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov da 14-21 iyul tarixlərində Macarıstanın Seqed şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq biologiya olimpiadasında bürünc medal əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri