23 
İyl
2019
15:07
137
140
2332
Virtual karabakh

Azərbaycanlı Kiyevdə polisi döydü

23 İyl, 2019
15:07
2332

Azərbaycanlı Kiyevdə polisi döydü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada Azərbaycan vətəndaşı patrul polisini döyüb.

Oxu.Az xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb.

Polis nəfəri hadisə zamanı vəzifə başında olmasa da, azərbaycanlı sürücüyə yol hərəkəti qaydalarını pozması ilə bağlı irad tutub, eyni zamanda, öz avtomobili ilə soydaşımızın idarə etdiyi maşının qarşısını kəsib.  

Mübahisəyə daha bir azərbaycanlı qoşulub, sürücünün yaxın qohumu olan bu şəxs polisə bir neçə zərbə vurub.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun qapalı kəllə-beyin travması aldığı bildirilir. Mübahisədə iştirak edən hər iki azərbaycanlı saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri