23 
İyl
2019
15:35
19
143
2173
Virtual karabakh

Güclü külək Bakıda üç ağacı aşırdı

23 İyl, 2019
15:35
2173

Güclü külək Bakıda üç ağacı aşırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən axşamdan əsən güclü külək Bakıda üç ağacı kökündən qoparıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. 

Bildirib ki, axşamdan əsən güclü külək nəticəsində paytaxt Bakının müxtəlif ərazilərindən ağacların aşması və budaqların qırılması ilə bağlı olaraq 15-ə yaxın müraciət daxil olub:

“Məlum olub ki, üç ağac kökündən qopub. Qalan ağaclarda isə budaqların sınması faktı qeydə alınıb. Təsərrüfat şöbəsinin bütün işçi heyəti gücləndirilmiş iş rejimində çalışır. Küləyin fəsadlarının aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir”. 

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri