23 
İyl
2019
22:00
260
39
10022
Virtual karabakh

Meşəni narkotik plantasiyasına çevirən dəstə üzvləri saxlanıldı - FOTO

23 İyl, 2019
22:00
10022

Meşəni narkotik plantasiyasına çevirən dəstə üzvləri saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən rayonunun Gərəkli kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 900 ədəd çətənə bitkisi aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən bitkiləri becərən şəxslərin Gərəkli kənd sakinləri Eşqin və Dibirov Motuxov qardaşları, Anar Umarov, Oqtay Gülüyev, Araz Quliyev, Rasim Xəlilov, həmçinin Balakən şəhər sakini Natiq Dibirov olduğu müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətiriliblər.

Saxlanılan şəxslər ifadələrində əvvəlcədən bir qrup şəxs halında birləşərək meşəlik ərazidə narkotik tərkibli bitkiləri yetişdirib, daha sonra qazanc əldə etmək məqsədilə satmaq istədiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri