23 
İyl
2019
22:20
23
323
3796
Virtual karabakh

Astarada 16 yaşlı oğlan dənizdə batdı

23 İyl, 2019
22:20
3796

Astarada 16 yaşlı oğlan dənizdə batdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada bir nəfər dənizdə boğulub.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Bildirilib ki, qaynar xəttə Astara rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat gəlib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2003-cü il təvəllüdlü İsmayılov Sahib Rauf oğlunun meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri