23 
İyl
2019
20:21
28
292
8147
Virtual karabakh

Lənkərandakı ağır qəzada ölən və yaralananların kimliyi bilindi - YENİLƏNİB+FOTO

23 İyl, 2019
20:21
8147

Lənkərandakı ağır qəzada ölən və yaralananların kimliyi bilindi - YENİLƏNİB+FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda baş vermiş ağır qəzanın detalları bəlli olub.

Oxu.Az xəbər verir ki, hadisə sürücü Vüsal Əzizovun idarəetməni itirməsi nəticəsində olub.

Maşın aşaraq Astara rayonunun Ərçivan qəsəbə sakinlərini xəstəxanalıq edib.

Sürücü yüngül dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən 69 yaşlı Cəmilə Məmmədova və 29 yaşlı Nigar Əzizova travmatik şok vəziyyətində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

71 yaşlı Azadə Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Rövşən Mövlan

 

19:09

Lənkəranda ağır yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Ələt – Astara magistral yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza “Mercedes” markalı, 90-LK-933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarəetməni  itirməsi nəticəsində olub.

Yoldan çıxaraq aşan maşının sürücüsü və sərnişinlərdən biri xəsarət alıb.

Digər sərnişin isə hadisə yerində ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri