24 
İyl
2019
00:30
16
151
5383
Virtual karabakh

Nərimanovda zəncirvari qəza: “Subaru” “Hyundai” və “Mercedes”ə çırpıldı - FOTO/VİDEO

24 İyl, 2019
00:30
5383

Nərimanovda zəncirvari qəza: “Subaru” “Hyundai” və “Mercedes”ə çırpıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda 3 avtomobil toqquşub.

Oxu.Az xəbər verir ki, qəza Heydər Əliyev prospektində baş verib.

Əsgərov İsmayıl Akif oğlu idarə etdiyi “Subaru” markalı minik avtomobili ilə prospektlə metronun “Koroğlu” istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə avtomobil arakəsməni aşaraq əks yola çıxıb. Bu zaman əks yolla hərəkətdə olan Nizami Hüseynovun idarə etdiyi “Mercedes” və sürücüsünün şəxsiyyəti məlum olmayan “Hyundai” markalı minik avtomobillərinə çırpılıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri