25 
İyl
2019
11:52
584
24
6385
Virtual karabakh

Bakıdakı bu mağazada şəhid ailələri üçün meyvə-tərəvəz pulsuzdur - VİDEO

25 İyl, 2019
11:52
6385

Bakıdakı bu mağazada şəhid ailələri üçün meyvə-tərəvəz pulsuzdur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu mağazada şəhid övladlarına meyvə-tərəvəz pulsuzdur. “Hesabı ataları tərəfindən ödənilib” deyilir.

Baku TV əməkdaşlarının budəfəki sujetinin qəhrəmanı bu şüarla fəaliyyət göstərən mağaza sahibidir.

Sözügedən şəxs işləmək üçün Lənkəran rayonundan Bakıya gələrək, Xətai rayonunun İlqar Zülfüqarov küçəsində meyvə-tərəvəz mağazası açan Natiq Abdullayevdir.

O, artıq bir ildir şəhid ailələrini pulsuz meyvə-tərəvəzlə təmin edir:

“Lənkəranda şirniyyat evində görmüşdüm, istək yarandı və bunu həyata keçirdim”.

N.Abdullayev bu addımının digər vətəndaşlar və dövlət qurumları tərəfindən dəstəkləndiyini bildirir.

Deyir ki, hər bir şəhid ailəsi mağazaya gələrək, istənilən qədər meyvə-tərəvəz ala bilər:

“Qiymət fərqi yoxdur. Gücümüz buna çatır, bu cür kömək edə bilirik”.

Sail Ağasəlim, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri