25 
İyl
2019
17:15
73
116
3649
Virtual karabakh

Deputat vizanın ləğvindən danışdı: Əvvəldən də problem yox idi

25 İyl, 2019
17:15
3649

Deputat vizanın ləğvindən danışdı: Əvvəldən də problem yox idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əvvəldən də bu məsələdə iki ölkə arasında problem yox idi. Azərbaycanın bu qərarı ilə məsələ tam hüquqi həllini tapdı.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan və Türkiyə arasında razılaşmaya əsasən, bu ilin sentyabr 1-dən Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsini şərh edərkən deyib. 

Deputat bildirib ki, bu razılaşma ilə iki ölkə arasında münasibətlər daha yüksək səviyyəyə çatacaq:

“Bu, əlaqələrimizin güclənməsinə səbəb olacaq. Qardaşlıq və dostluq münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə söykənir və daima inkişaf edir. Bu səbəbdən Azərbaycan və Türkiyə daima bir yerdədirlər və dostluqları daima inkişaf edəcək”.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri