26 
İyl
2019
09:59
169
26
5017
Virtual karabakh

İki ərazidə ictimai çimərlik yaradılır - Pulsuz olacaq

26 İyl, 2019
09:59
5017

İki ərazidə ictimai çimərlik yaradılır - Pulsuz olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb.

Bununla bağlı Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Çimərliklərin yaradılması ilə bağlı müvafiq qərar vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq qəbul edilib.

Bununla bağlı aidiyyəti dövlət qurumlarından tapşırıqlar daxil olub.

İlkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran olmaqla, ümumilikdə yeddi ərazidə yaradılacaq.

Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri