26 
İyl
2019
16:02
17
238
3200
Virtual karabakh

Müstəntiq evdə işgəncə görən uşağı yenə anasına verdi - Müəmmalı gedişat

26 İyl, 2019
16:02
3200

Müstəntiq evdə işgəncə görən uşağı yenə anasına verdi - Müəmmalı gedişat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər uşaqların küçələrə atılması və ailədə təzyiqlə üzləşməsi, döyülməsi məsələsi yenidən aktuallaşıb. Buna səbəb isə Bərdə rayonunda iki azyaşlı uşağın nənəsi və babası tərəfindən xəstəxanaya atılması, Abşeronda ananın övladını döyməsindən sonra uşağın evdən qaçması faktıdır.

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, uşaqların evdən qaçmalarının səbəbi valideynlərin biganəliyidir. Lakin birlik sədri Abşerondakı hadisə ilə bağlı daha diqqətçəkən bir məqam açıqlayıb:

“Abşeronda ana uşağı alimentə görə döyüb. Boşanan cütlüyün arasında münaqişələr var. Ana da alimentə görə uşağa təzyiq edib. Uşaq dəfələrlə evdən qaçıb.

Azyaşlının bildirdiyinə görə, bədənindəki çapıq, kəsik izləri anasının “əsəridir”. Məsələ barədə Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, amma bizə məlum olmayan səbəbdən müstəntiq uşağı yenidən anaya təhvil verib. İşgəncə verən anaya necə uşaq qaytarmaq olar?!”

Bəs hansı halda uşaq onu küçəyə atan valideyndən alına bilər?

K.Ağazadə qeyd edib ki, bu, ancaq yerli icra hakimiyyətinin səlahiyyətindədir və məhkəmə qərarı əsasında belə qərar çıxarıla bilər:

“Əgər bununla bağlı icra hakimiyyətinə müraciət olunmursa, deməli, qurumun bundan xəbəri olmayacaq. Təbii ki, bu zaman ana istədiyini edəcək. Bununla bağlı sahə müvəkkili, inspektoru, tibb bacıları iş görməli, uşağın vəziyyəti ilə əlaqədar müvafiq qurumlara məlumat verməlidirlər. 

Bunu etməyə nə mane olur? Adına milli dəyər dedikləri şey, ya da problem olmasın deyə yaxasını kənara çəkmək. Bir çox faciələrin qarşısını ala biləcəyimiz halda, heç bir şey edə bilmirik”.

Birlik sədri il ərzində Azərbaycan Uşaqlar Birliyinə 200-ə yaxın uşağın istiqamətləndirildiyini deyib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri