26 
İyl
2019
21:17
269
57
5677
Virtual karabakh

Bilal Ərdoğan: Mədəniyyətimizi itirsək, müstəqilliyimizi itirərik

26 İyl, 2019
21:17
5677

Bilal Ərdoğan: Mədəniyyətimizi itirsək, müstəqilliyimizi itirərik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq. Uzun zamandır ki, Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi ilə bağlı birgə işlər görürük.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan deyib.

Milli Yaylaq Festivalının açılış mərasimindən fəxri qonaq kimi iştirak edən türkiyəli iş adamı çıxışında bir sıra maraqlı mətləblərə toxunub.

“Bu istiqamətdə Gənclər və İdman Nazirliyi ilə danışıqlarımız da olub. İnanıram ki, bugünkü festival milli idman oyunlarının inkişaf etdirilməsinə böyük dəstək olacaq. Mədəniyyətimizi itirsək, müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər mədəniyyətimizə sahib çıxmasaq, düşmənlərimiz bizi məğlub edər. Hər bir xalq özünün mədəniyyətini, milli oyunlarını yaşatmaq və inkişaf etdirmək hüququna malikdir”, - deyə B.Ərdoğan bildirib.

Türkiyəli qonaq, həmçinin festivalın önəmini vurğulayıb: “Milli Yaylaq Festivalı Azərbaycanda milli idman oyunlarının inkişaf etdirilməsinə, təbliğinə və gələcək nəslə ötürülməsinə böyük töhfə verəcək. Bu tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın idman sahəsində fəaliyyət göstərən bütün qurumları ilə çalışmağa hazırıq”.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri