29 
İyl
2019
14:47
42
294
8848
Virtual karabakh

Şuşa şəhərciyi sakinlərindən ağır ittihamlar: Hökumətə heç nə deməyək deyə, bizi döyürlər - VİDEO

29 İyl, 2019
14:47
8848

Şuşa şəhərciyi sakinlərindən ağır ittihamlar: Hökumətə heç nə deməyək deyə, bizi döyürlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Ramana qəsəbəsi, Şuşa şəhərciyi, boru zavodu yaxınlığında məskunlaşan vətəndaşlar acınacaqlı vəziyyətdə yaşayır.

Bu barədə onlar Baku TV əməkdaşları ilə söhbətində məlumat veriblər. 

Sakinlər on ildən çoxdur ki, bərbad şəraitdə yaşamalarından, kanalizasiya problemindən şikayətlənirlər.

“Prezident pul ayırır ki, yol, su, işıq çəkilsin. O pulu nə edirlər? Hər şeyi yarımçıq qoyub gedirlər, yalandan məruzə edirlər ki, hazırlamışıq. Halbuki yağış yağanda çölə çıxa bilmirik. Birinə bir söz deyəndə də, üstümüzə polis göndərirlər, bizi aparıb döydürürlər ki, hökumətə heç nə deməyin”, - deyə ərazidə yaşayanlardan biri bildirir.

Şəhərciyin sakini deyir ki, üç rayon rəhbərliyinin arasında qalıblar:

“Nəmişlikdən evimiz tökülür. Qışda uşaqları məktəbə çiynimizdə aparırıq. Hər yerə müraciət etmişik. Sabunçu rayonu, Abşeron rayonu, Xəzər rayonu - hamısı bir-birinin üstünə atır. Bu yolları öz vəsaitimiz hesabına, cibimizdən üç-beş manat kəsərək düzəltdirmişik ki, uşaqlarımız məktəbə gedə bilsin. On bir ildir, heç bir rayon bələdiyyəsi bizə gün ağlamır”.

Şikayətçilərin sözlərinə görə, ərazidə problem təkcə bununla kifayətlənmir. Onlar zibil qabının olmamasından da təngə gəliblər:

“Dəfələrlə ərizə ilə müraciət etmişik ki, əraziyə köhnə də olsa, zibil yeşiyi qoysunlar. Zibili bir-birimizin qapısına qoymayaq. Bir icra, bələdiyyə, dövlət məmuru gəlib deyə bilməz ki, bu əraziyə yol çəkib, ya nəsə edib. Heç nə etmirlər. Bir-birinə satırlar. Əraziyə təcili tibbi yardım maşını girmir. Deyirlər, asfalta gətirin, xəstəyə burada baxacağıq”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə problemdən xəbərdar olduqlarını, gələcəkdə Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərində kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı layihələndirmə işlərinin aparılacağını bildirib.

İlhamə Kələyeva
Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri