31 
İyl
2019
14:56
24
161
4289
Virtual karabakh

Keçmiş FHN əməkdaşı ilə əlbir olan bacı qardaşına 72 min pul “atdı” - VİDEO

31 İyl, 2019
14:56
4289

Keçmiş FHN əməkdaşı ilə əlbir olan bacı qardaşına 72 min pul “atdı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda vətəndaşın 72 min manatını dələduzluq yolu ilə ələ keçiriblər.

Zərərçəkən Emin Ələkbərov Baku TV əməkdaşlarına bu barədə ətraflı danışıb.

E.Ələkbərovun sözlərinə görə, 72 min manat pul müqabilində işə düzəldəcəyini vəd edən şəxslə onu öz doğma bacısı tanış edib.

Belə ki, 2017-ci ildə bacısı Qaratel Əhmədova, yeznəsi Yaqub Əhmədov və İbrahim Bağırov həyat yoldaşını, oğlunu və özünü işə düzəldəcəyini vəd edib. Pulu aldıqdan isə verdikləri sözə əməl etməyiblər.

Özünü şirkətin kadrlar şöbəsinin müdiri kimi təqdim edən İ.Bağırov Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı olub. Zərərçəkən deyir ki, pulun mənimsənilməsində İ.Bağırovla birlikdə bacısı və onun ailəsi də iştirak edib.

O bildirib ki, amma özünü rəis kimi təqdim edən yeznəsini və baş aşpaz kimi təqdim edən bacısı Qarateli dindirməyiblər:

“Mənə dedilər ki, azı yeddi ay gözləməlisən. Mən də şübhələnib onları güdməyə başladım. Araşdırdım ki, Bağırov İbrahim Fərhad oğlu kadrlar şöbəsinin müdiri deyil, keçmiş FHN əməkdaşıdır. Pulumu istəyəndə isə vermədi, dedi, nə edirsən, et”.

Müsahibimiz ona dəymiş ziyanla bağlı bir çox yerlərə müraciət etdiyini, amma heç bir nəticə olmadığını bildirir:

“Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi yazıb göndərdim. Zəng gedib soruşdular ki, məndən pulun son hissəsini harada alıblar? Dedim, Sabunçu rayonunda. Cavab verdilər ki, orada araşdıracaqlar. Ora da müraciət edim, izahat aldılar, sənədlərə baxdılar, üstündən bir müddət keçməmiş məsələni bağladılar. Çünki İbrahimin arxasında dayanan vəkil Musa idi. İş Respublika Prokurorluğuna, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə qədər getdi. Nəticəsi olmadı, çünki müstəntiqin əvvəlki danışığı ilə indiki danışığı düz gəlmir. Musa işin üstünün açılmasını istəmir, əks halda məlum olacaq ki, nə qədər insanı bu yolla işə götürüb, adlarına nə qədər maaş, “imkansız ailə” kimi yardım yazaraq mənimsəyiblər”.

Vətəndaş bu işdə əli olan digər dələduzların da cəzalandırılmasını və ona dəyən ziyanın geri qaytarılmasını tələb edir.

İlhamə Kələyeva

Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri