Avq
2019
17:55
172
28
11098
Virtual karabakh

Ölçüsü balaca, faydası böyük - VİDEO

3 Avq, 2019
17:55
11098

Ölçüsü balaca, faydası böyük - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumax nadir bitkilərdən sayılır. Azərbaycanda sumax ağaclarına, əsasən, Böyük və Kiçik Qafqazın dağ meşə ərazilərində rast gəlinir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranın Tükəvilə kənd sakini Xanəhməd Mirzəyev uzun illərdir bu ağacları öz təsərrüfatında çox çətinliklə qoruyub saxlayır.

X.Mirzəyev bildirir ki, marketlərdə satılan sumaxların əksəriyyəti yararsızdır. Əsl sumax çay kimi dəmlənir.

250-yə yaxın növü olan sumaxın tumu mütləq qabığından ayrılmalıdır. İstifadəyə isə tum yox, qabıq verilir.

Təbii şəkildə yetişdirilən sumax qan təzyiqini aşağı salır, dadı turş olsa da, mədədə turşuluğu artırmır və həzm sisteminə yaxşı təsir göstərir, metabolizmi sürətləndirir.

Hündürlüyü 3-5 metr olan ağaclardan çətinliklə yığılan sumaxın 1 kq-nın qiyməti isə 20-25 manat arasında dəyişir.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri