10 
İyl
2014
14:35
51
6
8141
Virtual karabakh

Erməni KİV Kəlbəcərdəki Azərbaycan kəşfiyyatçılarından yazır

10 İyl, 2014
14:35
8141

Erməni KİV Kəlbəcərdəki Azərbaycan kəşfiyyatçılarından yazır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Suyu zəhərləyiblər”.

İyul ayının 9-da bütün gün boyu erməni Vardenisində hökmranlıq edən panika şəhərin üzərindən uçan vertolyotlar və zəhərlənmiş su ilə əlaqədar idi.

Oxu.Az xəbər verir ki, Yerli sakinlərin Epress.am-a danışdıqlarına görə bir müddət öncə azərbaycanlıların sərhədə yaxınlaşdıqları, onlardan birinin Kəlbəcərdə əsir düşdüyü barədə söz-söhbət gedirdi, Oxu.Az xəbər verir.

Epress.am-ın müxbiri ilə söhbət zamanı Kəlbəcər sakinləri təsdiqləyiblər ki, ikinci gün saat 14:00 radələrində şəhər ərazisində iki azərbaycanlı görünüb, onlardan biri əsir alınaraq yerli hüquq mühafizə orqanlarına təhvil verilib, ikincisi isə qaça bilib.

Həmsöhbətlərimizdən biri bildirib ki, azərbaycanlıları 14 yaşlı itkin düşmüş uşağı axtararkən görüblər. Azərbaycanlıların şəhərdə, sərhədçilərin arxasına necə keçdiklərini həmsöhbətlərimiz izah edə bilməyiblər. Əsirin hərbçi olub-olmadığı da məlum deyil.

Verdenisdə panika ciddi olub: şəhərin üzərində Ermənistan SQ-nın vertolyotları uçub, əhali arasında isə azərbaycanlıların suyu zəhərlədikləri barədə şayiə yayılıb.

“Hərbi vertolyotlar uçurdu, buna alışmamışıq. Konkret nə baş verdiyini bilmirik. Müxtəlif şayiələr gəzir. Amma heç kim heç nə demir”, - həmsöhbətimiz deyib.

Panorama.am-ın müxbiri ilə söhbət zamanı Ermənistan Müdafiə nazirinin mətbuat katibi Arsurn Ovannisyan öz növbəsində, erməni KİV-in məlumatını şərh etməkdən imtina edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri