Avq
2019
11:27
71
26
8560
Virtual karabakh

Polis bu şəxsi axtarır - FOTO

6 Avq, 2019
11:27
8560

Polis bu şəxsi axtarır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda 39 yaşlı kişi itkin düşüb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Nərəcan kənd sakini Abdullayev Rafayəddin Rafiq oğlu dörd gündür yoxa çıxıb. 

R.Abdullayev avqustun biri səhər saatlarında Xaçmaz şəhərində yaşayan bacısının evinə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında psixiatr qeydiyyatında olan Rafayəddin Abdullayevin nitqi də qüsurludur. İtkin düşən şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Tehran Orucoğlu

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri