Avq
2019
16:14
15
217
4287
Virtual karabakh

Bakıda Yaşıllaşdırma İdarəsinin işçisi digərini öldürüb

7 Avq, 2019
16:14
4287

Bakıda Yaşıllaşdırma İdarəsinin işçisi digərini öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda ağacların suvarılması faciə ilə yekunlaşıb.

Xətai Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, avqustun 6-sı saat 07:00-də Babək prospektində, 1152 saylı binanın yanında Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı, 1950-ci il təvəllüdlü Nəcəfov Vaqif Səttarxan oğlu ağacları suvararkən ehtiyatsız davrandığına görə yolun hərəkət hissəsinə yıxılıb və yaxından keçən “Ford” markalı avtomobilin təkəri altına düşüb.

Avtomobili idarənin digər işçisi 1959-cu il təvəllüdlü Minhaciddin Baqautdinov idarə edib.

Xəsarət alan V.Nəcəfov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, dörd saatdan sonra aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri