Avq
2019
17:04
44
155
4336
Virtual karabakh

Yağışdan sonra güclü külək əsəcək

9 Avq, 2019
17:04
4336

Yağışdan sonra güclü külək əsəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 9-u günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O qeyd edib ki, düşən yağıntının miqdarı Zabratda 6 mm (aylıq normanın 98%-i), Bakıda 4 mm (aylıq normanın 66%-i), Maştağada 4 mm (aylıq normanın 52%-i), Binədə 3 mm (aylıq normanın 49%-i), Çilov adasında 2 mm, Sumqayıt, Pirallahı, Neft Daşlarında 1 mm olub. Digər ərazilərdə, əsasən, zəif yağış qeydə alınıb.

U.Tağıyeva əlavə edib ki, Lerikdə 4 mm, İmişli və Mərəzədə 3 mm, Qazıməmməddə və Xaltanda 2 mm, Sabirabad, Cəfərxan, Yardımlı, Kişçay (Şəki), Sarıbaş, Şahdağ, Şabran, Oğuz, Zaqatala, Şəki, Altıağac, Xaçmaz və Qubada 1 mm olub:

“Havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır. Avqustun 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək. Bakıda temperatur 35 dərəcəyədək yüksələcək.

Avqustun 11-də isə yenidən güclü şimal-qərb küləyi gözlənilir. Küləyin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı proqnozlaşdırılır.

Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edirik. Avqustun 11-də hava sərin keçəcək, temperatur 27 dərəcəyə yaxın olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri