Avq
2019
21:20
32
176
4035
Virtual karabakh

Bərdədə film kimi cinayət: qonşular torpağa görə bir-birini bıçaqladı

9 Avq, 2019
21:20
4035

Bərdədə film kimi cinayət: qonşular torpağa görə bir-birini bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Lənbəran kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri - 1957-cü il təvəllüdlü Şəmsəddin Səlimovla 1957-ci il təvəllüdlü Elman Qasımov əkin sahəsində mübahisə ediblər.

Torpaq üstündə düşən dava qanla bitib. Hadisə zamanı Ş.Səlimov üstündə olan bıçaqla qonşusu E. Qasımovun kürəyindən bir bıçaq zərbəsi endirib.

Yaralı E.Qasımov xəstəxanada tibbi yardım aldıqdan sonra xəstəxananı özbaşına tərk edərək Bərdə şəhəri ərazisində (Köhnə bazar adlanan ərazidə) ona xəsarət yetirən Ş.Səlimovu tapıb və qisasını almaq üçün onun ayağına bıçaq xəsarəti yetirib.

Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri