11 
Avq
2019
11:39
60
233
31244
Virtual karabakh

Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ

11 Avq, 2019
11:39
31244

Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına hava şəraiti ilə bağlı müraciət edib.

İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumatda hava dəyişikliyi ilə bağlı vətəndaşların ehtiyatlı olması, ağacların altında nəqliyyat vasitələrini park etməmələri tövsiyə olunur: “Bu gün, avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacaqı gözlənilir. Bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırıq. Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri