12 
Avq
2019
00:26
20
235
4386
Virtual karabakh

Şəmkirdəki yol qəzasında xəsarət alanların kimliyi bəlli oldu - YENİLƏNİB

12 Avq, 2019
00:26
4386

Şəmkirdəki yol qəzasında xəsarət alanların kimliyi bəlli oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayonunun Çinarlı kəndində qeydə alınan qəzada xəsarət alanların kimliyi məlum olub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə nəticəsində 1964 cü il təvəllüdlü Xəlilov Aftandil Yaqub oğlu, 1961 ci il təvəllüdlü Əliyev Mətləb Ələsrəf oğlu və Əliyeva Şəlalə Mahmud qızı xəsarət alıblar. Qadının vəziyyəti daha ağır qiymətləndirilir. Onu FHN əməkdaşları avtomobildən çıxarıblar. Zərərçəkənin bel nahiyyəsindən ağır xəsarət aldığı bildirilir.

Hadisənin səbəbləri dəqiqləşdirilir.

Qeyd edək ki, Şəmkir rayonunun Çinarlı kəndində baş verən qəza zamanı "VAZ 21 010" markalı avtomobillə  digər "VAZ" markalı maşın toqquşub.

22. 41

Şəmkir rayonunun Çinarlı kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub. 

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü maşından  çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri