12 
Avq
2019
15:20
38
100
5069
Virtual karabakh

Bayramdan sonrakı iki günün havası

12 Avq, 2019
15:20
5069

Bayramdan sonrakı iki günün havası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bayramdan sonrakı iki gün ərzində hava şəraiti nisbətən mülayim keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı proqnozlaşdırılır. Sürəti saniyədə 3-8 metr olan zəif şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi (saniyədə 5-10, arabir 12-14 metr) əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 28-33° isti olacağı bildirilir.

Avqustun 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15-18 metr olacaq. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-31° isti olacağı proqnozlaşdırılır.

Avqustun 14-15-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Sürəti saniyədə 5-10, ayrı-ayrı yerlərdə arabir 15-18 metr olan şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri