14 
Avq
2019
12:05
241
205
5684
Virtual karabakh

NZS pivəsi artıq şüşə qablarda - FOTO

NZS adı ilə ölkədə tanınmış pivə zavodu, uzun illərdir həyata keçirdiyi çəlləklərlə pivə satışından sonra bazarın tələblərini nəzərə alaraq, yeniliyə imza atıb. Belə ki, artıq zavod ənənəvi dadı qoruyaraq, şüşə qablarda pivə istehsalına start verib. Bu yaydan etibarən istehlakçılar ölkənin bütün satış məntəqələrində NZS pivəsini daha rahat əldə edə bilərlər.

NZS Pivə Zavodu pasterizə olunmayan pivəni istehsalı üçün yalnız yüksək keyfiyyətli məhsullardan, heç bir boya, konservant və fermentlər əlavə etmədən, bütün real standartlara cavab verən, həmçinin, ekoloji cəhətdən təmiz məhsul istehsal edir. 

NZS Pivəsi qablaşdırmada yeniliklər etməsinə baxmayaraq istehsal ənənələrini qoruyub saxlamaqdadır. Belə ki, istehsala yalnız klassik inqrediyentlər - təbii su, açıq rəngli səməni arpası, maya və mayaotu daxildir. Xammallar isə tanınmış Weyermann və Hopsteiner kimi beynəlxalq şirkətlərindən əldə edilir.

Zavodun yeni şüşə qablarda pivə istehsalı bölməsi, məhşur HEUFT, Europool, TMCI Padovan, KHS kimi şirkətlərin avadanlıqları ilə təchiz olunub. 

Qeyd edək ki, NZS Pivə Zavodunun əsası 1997-ci Bakı şəhərinin sənaye ərazilərindən biri olan NZS qəsəbəsində qoyulub. Müasir avadanlıqlar və qabaqcıl texnologiyaların tətbiqi ilə yüksək keyfiyyətli məhsullar hazırlanır. 

Zavod ölkənin pivəhazırlayan sahəsinin qabaqcıl müəssisələrindən biridir. Şirkətdə daimi dinamika mövcuddur, texnoloji prosesləri təkmilləşdirilir və markaların portfeli genişləndirilir. Eyni zamanda, premium və mainstream seqmentində müvəffəqiyyətlə işləyir. 

Azəri Firması Avropanın ən məşhur tədbirlərindən biri olan ənənəvi Praqa Pivə Festivalında ölkəmizi uğurla təmsil edib. Nəhəng Pivə şirkətlər sırasında “Pivni Pect Svetlıy Lezar kateqoriyası üzrə mükafata layiq görülüb. 

Qeyd edək ki, ölkəmizdə bu mükafatın ilk və tək sahibi NZS Pivəsidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri