14 
Avq
2019
12:08
25
288
5102
Virtual karabakh

Biləcəri stansiyasında bədbəxt hadisə: Gənc işçi öldü

14 Avq, 2019
12:08
5102

Biləcəri stansiyasında bədbəxt hadisə: Gənc işçi öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləcəri dəmiryol stansiyasının işçisi bədbəxt hadisə nəticəsində ölüb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Oxu.Az-a verilən məlumata görə, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə  növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri