14 
Avq
2019
16:03
21
248
5464
Virtual karabakh

İstirahətə gedirdilər, maşınları dərəyə yuvarlandı

14 Avq, 2019
16:03
5464

İstirahətə gedirdilər, maşınları dərəyə yuvarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayona istirahətə gələn Bakı sakinləri dağlıq ərazidə qəzaya düşüblər.

54 yaşlı Babəli Canəli oğlu Məhərrəmovun sürücüsü olduğu “Lexus” markalı nəqliyyat vasitəsi əsas yoldan çıxıb və dərəyə yuvarlanıb.

Sürücü ilə onun 15 yaşlı oğlu Seyidəli Məhərrəmov və bacısı oğlu 19 yaşlı Müseyib Baləddin oğlu Cahangirov müxtəlif bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. B.Məhərrəmovun vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri