14 
Avq
2019
16:54
255
62
4816
Virtual karabakh

Rusiyada toy karvanında atəş açan azərbaycanlı saxlanıldı

14 Avq, 2019
16:54
4816

Rusiyada toy karvanında atəş açan azərbaycanlı saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada toy karvanında atəş açan azərbaycanlı saxlanılıb.

Rusiya mətbuatı yazır ki, hadisə avqustun 11-də Sankt-Peterburq şəhərinin ətraf ərazisində baş verib.

Belə ki, azərbaycanlı toy karvanındakı “Land Rover” markalı maşından odlu silahla havaya atəş açıb. Polis sözügedən avtomobili saxlayıb.

Rusiya vətəndaşı olan 34 yaşlı azərbaycanlıdan “Grand Power” tapançası götürülüb. Onun silahı gəzdirməyə icazəsi olub. Atəş nəticəsində heç kəs xəsarət almayıb.

Baş vermiş hadisə xuliqanlıq kimi təsnif edilib. Ona qarşı başqa yerə getməmək haqqında iltizam tədbiri seçilərək sərbəst buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri