15 
Avq
2019
08:38
15
186
2752
Virtual karabakh

Sabirabadda avtomobil qəzasında iki nəfər öldü

15 Avq, 2019
08:38
2752

Sabirabadda avtomobil qəzasında iki nəfər öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Horadiz magistral yolunun Sabirabad rayonunun Nərimankənd yaşayış məntəqəsindən keçən hissəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, iki minik avtomobili toqquşub, 2 nəfər ölüb, yaralananlar var.

Xəsarət alanlardan 1955-ci il təvəllüdlü Xudiyev Əliibrəhim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğlu Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Şirvan və Sabirabadın təcili yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri