15 
Avq
2019
11:17
82
27
6757
Virtual karabakh

Polis bu qadının yaxınlarını axtarır - FOTO

15 Avq, 2019
11:17
6757

Polis bu qadının yaxınlarını axtarır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada tapılan kimliyi məlum olmayan şəxsin yaxınları axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir qadını görərək dərhal ona yaxınlaşıblar.

Onun üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu şöbəyə gətiriblər. Hazırda həmin qadının yaxınları axtarılır. 

Tapılan qadının əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, qısa ağ saçlı, gözlərinin rəngi qəhvəyidir. Tapılan zaman onun əynində uzunqol köynək və cins şalvar olub.

Şəkildəki qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz rayon Polis şöbəsinə 02332-5-53-56; 051-843-02-02 nömrələrinə zəng vuraraq məlumat vermək xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri