15 
Avq
2019
12:00
15
320
4642
Virtual karabakh

Nəvəsi ilə dalaşan 74 yaşlı qadın özünü yandırdı

15 Avq, 2019
12:00
4642

Nəvəsi ilə dalaşan 74 yaşlı qadın özünü yandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəvəsi ilə münaqişə yaşlı Bakı sakinini özünü yandırma həddinə çatdırıb.

Bu barədə Oxu.Az-a Suraxanı rayon prokurorluğundan məlumat verilib.

Məlumata əsasən, insident Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib.

1945-ci il təvəllüdlü Məhərrəmova Elmira Məhərrəm qızı evində üstünə benzin tökərək özünü yandırıb. Nəticədə, qadın yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq mərkəzinə çatdırılıb.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Onun dəri örtüyünün yarısı yanıb.

İlkin məlumata görə, qadını özünü yandırma həddinə nəvəsi çatdırıb. Nənə və nəvə arasında münaqişənin səbəbi hələlik bilinmir. Ehtimal edilir ki, tərəflər arasında münaqişə məişət xarakterlidir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (intihar həddinə çatdırma) ilə cinayət işi açılıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri