15 
Avq
2019
12:53
30
71
2985
Virtual karabakh

Müəllimlərin vakansiya seçiminin nəticələri açıqlandı

15 Avq, 2019
12:53
2985

Müəllimlərin vakansiya seçiminin nəticələri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyi xəbər verir ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Nəticələrə əsasən, 3728 namizəd vakant yer tutub. Müsabiqənin yekun – müsahibə mərhələsinə avqustun 19-da start veriləcək.

Müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri