15 
Avq
2019
13:20
88
40
5907
Virtual karabakh

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı bilindi

15 Avq, 2019
13:20
5907

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq.

Proses sentyabrın 25-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri